Aİ Mərkəzi Bankı Bitcoin-i cəmiyyətin yoxsullaşması və parçalanmasının səbəbi adlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Mütəxəssislər Bitcoin-i tezliklə partlayacaq və əhəmiyyətli sosial xərclərə səbəb olan spekulyativ qabarcıq hesab ediblər. Onlar qeyd ediblər ki, məzənnə yüksəldikdə, aktivi sonradan əldə edən və ya ona sahib olmayanlar hesabına yalnız BTC-nin ilk istifadəçiləri faydalanır.
"Mütləq mənada, Bitcoin-i erkən qəbul edənlər öz real sərvətlərini və istehlaklarını Bitcoin-ə sahib olmayan və ya ona yalnız sonrakı mərhələdə investisiya yatıranların sərvəti və istehlakı hesabına artırırlar" , deyə media yazıb.
Onlar Bitcoin-ə investisiya qoymayanları bu kriptovalyutaya qarşı çıxış etməyə və onun tamamilə yox olmasına səbəb olacaq qanunların qəbulunu tələb etməyə çağırıblar.
Aysel