Albaniyanın keçmiş prezidenti Meta korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Prokurorluğunun nümayəndələri ölkənin keçmiş prezidenti İlir Metanı korrupsiyada şübhəli bilinərək saxlayıblar. O, həmçinin əmlakı gizlətməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinib.
Həbsin müddəti ilə bağlı məlumat verilməyib.
Aysel Şirinova