Rusiya lideri Vladimir Putinin özü oktyabrın 22-dən 24 -dək Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək bütün dünya liderləri ilə görüşlər keçirmək arzusunda olduğunu bildirib.
"Tvit.az" xəbər verir ki, bunu prezidentin köməkçisi Yuri Uşakov deyib.
"Putin özü BRİKS sammitinə gələcək dünya liderləri ilə sözün əsl mənasında görüşmək arzusunu ifadə edib", - Kreml nümayəndəsi qeyd edib.
Uşakov deyib ki, Putin bütün sammit iştirakçılarını oktyabrın 22-də axşam Kazan meriyasında keçiriləcək “qeyri-rəsmi dostluq naharına” dəvət edəcək.
Həmçinin növbəti gün, oktyabrın 23-də həm assosiasiya üzvlərinin, həm də BRİCS plus/outreach formatında iştirak edən dövlət rəhbərləri və nümayəndə heyətlərinin rəhbərlərinin dəvət olunacağı qala qəbulu keçiriləcək.
Aysel Şirinova