Çinin Chery avtomobil şirkəti Chery 2024 Qlobal İnnovasiya Konfransı çərçivəsində uçan avtomobil təqdim edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Təqdimat zamanı modelin ilk uğurlu uçuş sınaqları reallaşdırılıb.
Uçuşun müddəti 80 kilometr olub.
Salonda nə sükan, nə də pedallar var - orada yalnız intellektual sistem və avtopilot var. İki nəfərlik avtomobil şaquli qalxma və enmə funksiyalarını yerinə yetirə bilir. Uçuşunun maksimal hündürlüyü bir kilometr, maksimal müddəti isə 40 dəqiqədir. Havada avtomobil saatda 120 kilometrə qədər sürətlənib.
Bildirilib ki, modelin kütləvi istehsalına başlama vaxtı hələlik məlum deyil, onun inkişafı davam edir.
Aysel