Kiyev rejimi hətta yaxın bir neçə ildə müstəqil şəkildə nüvə silahı yarada bilməyəcək, lakin Qərbdən belə silahlar almadığı üçün “çirkli bomba”dan istifadə edə bilər.
Tvit.az xəbər verir ki, bunu Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Vladimir Çijov deyib.
Onun sözlərinə görə, tamamilə aydındır ki, heç kim Kiyevə nüvə silahı verməyə hazırlaşmır.
“Ukraynanın özünə gəlincə, təbii ki, nə iki-üç həftəyə, nə də iki-üç ildən sonra onlar belə bir bomba yarada bilməyəcəklər, lakin təbii ki, çirkli bomba yarada biləcəklər”, - deyə o, bildirib.
Aysel