Milli Məclisin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Avstriyanın paytaxtı Vyanada ATƏT PA-nın prezidenti Pia Kauma ilə görüşüb.
Tvit.az xəbər verir ki, görüşdə Sevinc Fətəliyeva, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və ATƏT PA-nın Baş katibi Roberto Montella iştirak edib.
Tərəflər arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, fevralın 20-21 ATƏT Parlament Assambleyasının (ATƏT PA) 24-cü qış sessiyası işə başlayıb.