Rusiyanın müdafiə xərcləri ilin sonuna qədər təxminən 199 milyard dollara çatacaq.
Tvit.az-ın məlumatına görə, bu barədə Bloomberg məlmat yayıb.
Məlumata görə, bu məbləğ Rusiya hökumətinin 2025-ci ilin sonunda ilkin büdcədə nəzərdə tutduğu vəsaitdən təxminən 40 faiz çoxdur. Eyni zamanda, 199 milyard dollar 2027-ci il büdcəsində hərbi xərclər üçün nəzərdə tutulan məbləğə yaxındır.
Bloomberg qeyd edir ki, Rusiya hökumətinin bu il müdafiə xərclərini artırmasının səbəbi Alyaskada keçirilən danışıqlardan sonra Prezident Vladimir Putinin Rusiya üçün məqbul atəşkəs razılaşmasının əldə olunmayacağı qənaətinə gəlməsi və hərbi əməliyyatların genişləndirilməsinin zəruri olduğunu düşünməsi olub.