Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan rəsmiləri ATƏT PA-nın prezidenti ilə görüşdü
siyasət

Azərbaycan rəsmiləri ATƏT PA-nın prezidenti ilə görüşdü

20-02-2025 15:00 42 Просмотров
IMG

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Avstriyanın paytaxtı Vyanada ATƏT PA-nın prezidenti Pia Kauma ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, görüşdə Sevinc Fətəliyeva, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və ATƏT PA-nın Baş katibi Roberto Montella iştirak edib.

 

Tərəflər arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, fevralın 20-21 ATƏT Parlament Assambleyasının (ATƏT PA) 24-cü qış sessiyası işə başlayıb.