Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İstanbulda məktəbdə bıçaqlı insident: iki şagird yaralanıb
dünya

İstanbulda məktəbdə bıçaqlı insident: iki şagird yaralanıb

07-10-2026 20:00 9 Baxış
IMG

İstanbulun Esenyurt rayonunda məktəb şagirdləri arasında baş verən mübahisə bıçaqlı insidentlə nəticələnib.

 

Tvit.az-ın məlumatına görə, hadisə Barbaros Hayrettin Paşa məhəlləsindəki təhsil müəssisəsində baş verib.

 

Məlumata əsasən, sinif yoldaşları arasında başlayan mübahisə davaya çevrilib. 16 yaşlı şagird 15 və 14 yaşlı iki şagirdi bıçaqlayıb.

 

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya çatdırılıblar. Şübhəli saxlanılıb və faktla bağlı araşdırma başlanıb.

 

Qeyd edək ki, bu, son günlər İstanbulda şagirdlərə qarşı törədilən ikinci bıçaqlı hücumdur. Oktyabrın 6-da Başakşehir rayonunda 15 yaşlı qız şagird bir neçə şagirdə bıçaqla hücum edib. Yaralananlardan biri ölüb.