Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bir manata görə 3 illik həbs cəzası aldı
hadisə

Bir manata görə 3 illik həbs cəzası aldı

07-10-2026 12:00 13 Baxış
IMG

Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M (ad şərtidir) həbs olunub.

 

Tvit.az Xitab24.az-a istinadlla xəbər verir ki, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN tələb edib.

 

Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına 1 manat ödəniş edib.

 

Təqsirləndirilən şəxsin saxta profildən istifadə etdiyini başa düşən qadın onun əsl adını öyrəndikdən sonra polisə şikayət edib.


Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham olunan Y.M-nin işinə Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılıb. Qadını şantaj edərək 1 manat əldə edən təqsirləndirilən şəxs, 3 il müddətinə azadlıqdan məhrum edilib.