Azərbaycan və Yunanıstan arasında ticarət və qarşılıqlı investisiyaların artırılması, enerji və nəqliyyat bağlantıları üzrə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
Tvit.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bu barədə müzakirələr Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyasının VI iclasından əvvəl həmsədr, Yunanıstanın xarici işlər nazirinin müavini Teoharis Teoharis ilə görüşdə aparılıb.
Nazir bildirib ki, görüşdə biznes əlaqələrinin konkret layihələrlə inkişafı istiqamətində atılacaq addımlar müzakirə edilib.