Dekabrın 8-də Quba rayonunun Qəçrəş kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alan şəxs ölüb.
Tvit.az APA-ya istinadən xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış zamanı xəsarət alan 68 yaşlı Laçın Ələsgərov bu gün Bakıdakı Yanıq Mərkəzində dünyasını dəyişib.
O, öncə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan Yanıq Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.