ABŞ-da Timpanogos dağından yıxılan turist qadın möcüzə nəticəsində sağ qalıb.
Bu barədə “The New York Post” nəşri məlumat yayıb.
Hadisə oktyabrın 26-da baş verib. Bildirilir ki, qadın dağın zirvəsində olarkən sürüşərək yüzlərlə metr aşağı düşüb və dar bir qayalıq çıxıntıda dayanıb.
Yaralı turistin xilas edilməsi üçün Yuta dairəsinin aidiyyəti qurumları helikopter cəlb edib. Xilasetmə əməliyyatı uğurla başa çatıb.
Hazırda qadının səhhətinin yaxşılaşdığı bildirilir.
Qeyd edək ki, daha əvvəl Taylandda sərxoş turist otelin yeddinci mərtəbəsindən yıxıldıqdan sonra sağ qalmışdı. 29 yaşlı kişi otelin arxasında, divarla kollar arasındakı dar boşluqda tapılmışdı.