Gürcüstan Rusiya ilə danışıqlar qorxusunu dəf etməyin vacibliyini bildirib.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına verdiyi müsahibədə danışıb.
"İlk növbədə Rusiya ilə dialoq qorxusunu dəf etməliyik. Problemləri olan biri ilə danışmaqda qorxulu bir şey yoxdur", - deyə nazir insanları Moskva ilə mübahisəli məsələləri müzakirə etməkdən çəkinməməyə çağırıb.
Elmin Alışov