Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə yenilənmiş birbaşa Rusiya-Gürcüstan dialoqu çərçivəsində görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
"Rusiya və Gürcüstan arasında münasibətlərin daha da inkişaf etdirilməsi maraqları naminə təmasların davam etdirilməsi barədə razılığa gəlinib", - deyə bildirilib.
Aysel Şirinova