Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İnterpolun axtardığı əcnəbilər saxlanıldı
dünya

İnterpolun axtardığı əcnəbilər saxlanıldı

17-11-2026 11:00 51 Baxış
IMG

Gürcüstanın Batumi şəhərində İnterpol xətti ilə beynəlxalq axtarışda olan iki Ukrayna və bir Türkiyə vətəndaşı saxlanılıb.

 

Tvit.az xəbər verir ki, saxlanılan şəxslər Türkiyə və Slovakiyanın hüquq-mühafizə orqanlarının müraciətləri əsasında müxtəlif cinayətlər törətməkdə şübhəli bilinərək beynəlxalq axtarışa veriliblər.

 

Məlumata görə, Ukrayna vətəndaşları qətl, Türkiyə vətəndaşı isə soyğunçuluq cinayəti ilə əlaqədar axtarışda olublar.

 

Saxlanılan hər üç şəxsin ekstradisiyası nəzərdə tutulur.

 

Aysel Şirinova