ABŞ müdafiə naziri Pit Heqset Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin göndərilməsini hələ təsdiqləmədiyi iddialarından sonra ABŞ-ın bu ölkəyə qarşı mövqeyinin dəyişməz qaldığını bildirib.
Tvit.az bu barədə “The Hill” qəzetinə istinadən xəbər verir.
“Əslində əvvəlki administrasiya dövründə o qədər yardım göstərilmişdi ki, sursat və silahlarımız qurtarmışdı. Donald Tramp indi bizə bu ehtiyatları doldurmağa imkan verir”,- deyə nazir əlavə edib.
Elmin Alışov