Tvit.az xəbər verir ki, dövlət başçısı bu barədə Baş Qərargah rəisi Aytkurman Ömərbəyov və müdafiə nazirinin müavini Tatyana Savelyeva ilə görüşündə bildirib.
Görüşdə ordunun döyüş və səfərbərlik hazırlığı, hərbi təlimlərin maliyyələşdirilməsi və büdcə vəsaitlərindən səmərəli istifadə məsələləri müzakirə olunub.
Tokayev hərbi idarəetmə sisteminin təkmilləşdirilməsi, qərarların qəbulunda operativliyin artırılması və qoşunların döyüş hazırlığının gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Aysel Şirinova