Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Özbəkistan BƏƏ ilə investisiya əməkdaşlığını genişləndirir
dünya

Özbəkistan BƏƏ ilə investisiya əməkdaşlığını genişləndirir

16-10-2026 23:00 11 Просмотров
IMG

Özbəkistan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri ilə investisiya layihələrinin genişləndirilməsi barədə razılığa gəlib.


Tvit.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə yanacaq-energetika sektorunda İnvestorlar Şurasının ilk iclası çərçivəsində BƏƏ-nin “Masdar” və “AMEA Power” şirkətlərinin rəhbərləri ilə görüşüb.

 


Görüşdə ilin əvvəlindən bəri iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 40% artdığı qeyd olunub. Tərəflər yaşıl enerji, infrastruktur, sənaye, turizm və xidmətlər sahələrində birgə layihələrin icrasının sürətləndirilməsini müzakirə ediblər.

 


Görüşün yekununda qeyd olunan istiqamətlər üzrə investisiya əməkdaşlığının genişləndirilməsi barədə razılıq əldə olunub.