Azərbaycan Mərkəzi Bankı (AMB) lombard fəaliyyəti ilə məşğul olan Güvənli MMC-ni, eləcə də onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Tvit.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Güvənli MMC 20 min manat, onun vəzifəli şəxsi isə 2 min manat cərimələnib.