2026-cı ilin yanvar-sentyabr aylarında Ermənistana gələn turistlərin 40%-i Rusiya vətəndaşlarının payına düşüb.
Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan dövrdə ölkəyə ümumilikdə 1 milyon 757 min 349 nəfər səfər edib. Onlardan 704 min 935-i Rusiya vətəndaşı olub.
Turistlərin sayına görə ikinci yerdə Gürcüstan qərarlaşıb. Bu ölkədən Ermənistana 241 min 2 nəfər gəlib ki, bu da ümumi sayın 14%-ni təşkil edir.
İran isə 146 min 340 nəfərlə üçüncü yerdə qərarlaşıb. Bu ölkənin payı 8% olub.