Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya SON DƏQİQƏ! ABŞ Səfirliyi hava limanına hücumla bağlı xəbərdarlıq etdi: Hərbi əməliyyatlar genişlənə bilər
dünya

SON DƏQİQƏ! ABŞ Səfirliyi hava limanına hücumla bağlı xəbərdarlıq etdi: Hərbi əməliyyatlar genişlənə bilər

09-10-2026 14:00 11 Baxış
IMG

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi paytaxt Ər-Riyaddakı beynəlxalq hava limanına edilən hücumlardan sonra ölkə ərazisində hərbi əməliyyatların genişlənməsi riski barədə xəbərdarlıq edib.

 


Tvit.az xəbərinə görə, səfirliyin yaydığı bəyanatda bildirilib ki, Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının Səudiyyə Ərəbistanına qarşı hücumları, o cümlədən mülki hava limanlarını hədəf alması regionda hərbi qarşıdurmanın daha da kəskinləşməsi ehtimalını artırır.

 


ABŞ diplomatik nümayəndəliyi vətəndaşlarına Yəmənlə həmsərhəd ərazilərə səfər etməkdən çəkinməyi və ölkə daxilində təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edib.


Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edildiyini açıqlayıblar. Rəsmi məlumatlara əsasən, hücum nəticəsində üç Səudiyyə Ərəbistanı vətəndaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.
Hadisə Yəməndə davam edən hərbi qarşıdurma fonunda regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

 

Aysel Şirinova