Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zaxarova: Avropanın Rusiya ilə qarşıdurması problemləri daha da dərinləşdirəcək
dünya

Zaxarova: Avropanın Rusiya ilə qarşıdurması problemləri daha da dərinləşdirəcək

08-10-2026 14:00 13 Baxış
IMG

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa ölkələrinin Moskva ilə qarşıdurma siyasətinin ciddi nəticələrə səbəb olacağını bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Zaxarovanın sözlərinə görə, Avropa İttifaqı əvvəlcə ABŞ-nin təzyiqi altında, daha sonra isə siyasi ətalətlə Rusiya ilə qarşıdurma yolunu seçib.

 

O qeyd edib ki, bu siyasət Avropa İttifaqına mövcud problemlərini həll etməyə imkan verməyəcək, əksinə, üzv dövlətlərin üzləşdiyi çətinlikləri daha da dərinləşdirəcək.

 

Rusiya XİN rəsmisi, həmçinin Moskvanın Qərbi Avropa ilə silahlı münaqişəyə başlamaq niyyətində olmadığını və heç bir ölkəni təhdid etmədiyini vurğulayıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl Avropa ölkələrini nasizmi yeni formalarda dirçəltməyə cəhd göstərməkdə ittiham edib. O, Böyük Vətən müharibəsi ilə bağlı tarixi yaddaşın hazırkı şəraitdə yalnız tarixi deyil, həm də praktiki əhəmiyyət daşıdığını bildirib.

Zaxarova isə bundan əvvəl Avropanın “neonasist militarist məxluqa” çevrildiyini iddia edib.

 

Aysel Şirinova