Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qazaxıstan Litvadan bu sahə üzrə idxala qadağa qoydu
dünya

Qazaxıstan Litvadan bu sahə üzrə idxala qadağa qoydu

08-10-2026 13:00 11 Baxış
IMG

Qazaxıstan oktyabrın 6-dan etibarən Litvada blutanq virusunun yayılması ilə əlaqədar bu ölkədən iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Nəzarəti və Təftişi Komitəsinin məlumatına istinadən “ElDala.kz” aqrar nəşri məlumat yayıb.

 

Məhdudiyyətlər, həmçinin xəstəliyə həssas olan vəhşi heyvanların, zoopark və sirk heyvanlarının, dəvələrin və dəvəkimilər fəsiləsinin digər nümayəndələrinin, damazlıq buğa, qoç və təkələrin spermasının, eləcə də in vivo üsulu ilə əldə edilənlər istisna olmaqla, iribuynuzlu və xırdabuynuzlu heyvanların embrionlarının idxalına şamil edilir.

 

Bundan əlavə, Litvadan gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların, habelə xəstəliyə həssas olan digər heyvanların Qazaxıstan ərazisindən tranzit daşınması da müvəqqəti qadağan edilib.

 

Qeyd edək ki, sentyabrın sonunda Litva hakimiyyəti Qazaxıstanda Litvada yaşamaq icazəsi almaq üçün sənədlərin qəbulunu həyata keçirən mərkəzin bağlanması barədə qərar qəbul edib. Vilnüs bu qərarı təhlükəsizlik mülahizələri, o cümlədən terror təhlükəsi ilə əsaslandırıb.

 

Aysel Şirinova

Qazaxıstan Xarici İşlər Nazirliyi isə oktyabrın 2-də bildirib ki, Litva tərəfinin qərarını yalnız miqrasiya xarakterli tədbir kimi qiymətləndirir və bunun iki ölkə arasındakı münasibətlərə təsir göstərəcəyini gözləmir.