Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdur.
Tvit.az-ın məlumatına görə, bunu oktyabrın 6-da Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
“Görüş planlaşdırılmır. Təbii ki, bütün tədbirlər çərçivəsində onların təmasının baş verməsi istisna edilmir”, – deyə Uşakov qeyd edib.
Bununla belə, Uşakov bildirib ki, Türkmənistanda keçiriləcək qarşıdakı tədbirlər çərçivəsində Putin və Paşinyanın ayrıca görüşü nəzərdə tutulmur, lakin proqram çərçivəsində onların mümkün təmasını istisna etmək olmaz.