Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bu ölkənin sabiq Prezidenti azadlığa buraxılmadı - Məhkəmə qərar verdi
dünya

Bu ölkənin sabiq Prezidenti azadlığa buraxılmadı - Məhkəmə qərar verdi

06-10-2026 09:00 15 Baxış
IMG

Estoniyanın Məhkəməsi sabiq Prezident, hərbi cinayətlərə görə məhkum edilmiş Milan Martiçin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib.

 

Bu barədə Estoniyanın ERR milli teleradio portalı məlumat yayıb.

 

Məhkəmənin qiymətləndirməsinə görə, Tartu həbsxanasında cəza çəkən Martiçin törətdiyi cinayətlərə münasibəti zaman keçdikcə dəyişməyib və bu səbəbdən onun yaratdığı təhlükənin davam etdiyi hesab olunur.

 

Məhkəmə məhbusun davranışında bəzi müsbət dəyişikliklərin olduğunu qeyd etsə də, bunları şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması üçün kifayət hesab etməyib.

Martiçin bundan əvvəl 2021-ci ildə etdiyi analoji müraciət də rədd edilib.

 

1994–1995-ci illərdə Xorvatiya ərazisində özünü elan etmiş Serb Krayinası Respublikasının prezidenti olmuş Milan Martiç qeyri-serb əhaliyə qarşı törədilmiş cinayətlərlə əlaqədar 35 il müddətinə azadlıqdan məhrum edilib.

O, 2009-cu ildən etibarən Estoniyanın Tartu həbsxanasında cəza çəkir.