Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp: ABŞ İranla birbaşa danışıqlara hazırdır
dünya

Tramp: ABŞ İranla birbaşa danışıqlara hazırdır

05-10-2026 23:00 10 Baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İranla birbaşa danışıqlar aparmağa açıq olduğunu bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KiV məlumat yayıb.

 

“Bəli, ABŞ danışıqlara  həmişə hazırdır”, – deyə Tramp Ağ Evdə jurnalistlərin İranla birbaşa danışıqlara hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.

 

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı və digər məsələlərlə bağlı fikir ayrılıqları uzun müddətdir davam edir. Tərəflər arasında birbaşa dialoq məsələsi isə zaman-zaman gündəmə gəlib.