ABŞ Prezidenti Donald Tramp İranla birbaşa danışıqlar aparmağa açıq olduğunu bildirib.
“Bəli, həmişə”, – deyə Tramp Ağ Evdə jurnalistlərin İranla birbaşa danışıqlara hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.
Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı və digər məsələlərlə bağlı fikir ayrılıqları uzun müddətdir davam edir. Tərəflər arasında birbaşa dialoq məsələsi isə zaman-zaman gündəmə gəlib.