Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurub - İDDİA
dünya

Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurub - İDDİA

05-10-2026 16:00 16 Baxış
IMG

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat və hücum pilotsuz uçuş aparatını (PUA) Taiz əyaləti üzərində vurublar.

 

Tvit.az-ın xarici mediaya istinadla məlumata görə, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri məlumat yayıb.

 

"Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanına məxsus 'Wing Loong II' kəşfiyyat-hücum PUA-sını Taiz əyalətinin hava məkanında düşmənçilik missiyaları yerinə yetirərkən vurub", — deyə Y.Səri "Telegram" kanalında bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi paytaxtı üsyançılardan azad etmək məqsədilə genişmiqyaslı "Yəmən Şəfəqi" hərbi əməliyyatının başladığını elan etmişdi. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava dəstəyi ilə hökumət qüvvələri husiləri Zubab bölgəsindən çıxararaq Bab əl-Məndəb boğazını nəzarətə götürüb. Ər-Riyadın rəhbərlik etdiyi koalisiya əməliyyata 100 qırıcı təyyarə cəlb edərək Yəmən ordusunun quru qoşunlarına havadan dəstək verib.