Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Azərbaycanda vəzifəli şəxsin MEYİTİ TAPILDI
hadisə

Azərbaycanda vəzifəli şəxsin MEYİTİ TAPILDI

06-12-2024 22:00 66 Baxış
IMG

Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib. Onun intihar etdiyi deyilir.

 

Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.

 

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.