Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home turizm Azərbaycanda vəzifəli şəxsin MEYİTİ TAPILDI
turizm

Azərbaycanda vəzifəli şəxsin MEYİTİ TAPILDI

06-12-2024 22:00 67 Views
IMG

Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib. Onun intihar etdiyi deyilir.

 

Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.

 

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.