Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya və Qazaxıstan strateji tərəfdaşlığı gücləndirir
dünya

Rusiya və Qazaxıstan strateji tərəfdaşlığı gücləndirir

25-09-2026 22:00 15 Baxış
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının sessiyası çərçivəsində qazaxıstanlı həmkarı Murat Tleuberdi ilə hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin gücləndirilməsini müzakirə edib.

 

Tvit.az xəbər verir ki bu barədə xarici  media məlmat yayıb.

 

Tərəflər “hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi istiqamətində diplomatik qurumların birgə fəaliyyətinin əsas istiqamətlərini” nəzərdən keçiriblər.

 

Həmçinin regional və beynəlxalq platformalarda əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, aktual qlobal problemlər üzrə mövqelər dəqiqləşdirilib.