Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının sessiyası çərçivəsində qazaxıstanlı həmkarı Murat Tleuberdi ilə hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin gücləndirilməsini müzakirə edib.
Tvit.az xəbər verir ki bu barədə xarici media məlmat yayıb.
Tərəflər “hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi istiqamətində diplomatik qurumların birgə fəaliyyətinin əsas istiqamətlərini” nəzərdən keçiriblər.
Həmçinin regional və beynəlxalq platformalarda əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, aktual qlobal problemlər üzrə mövqelər dəqiqləşdirilib.