Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Samsung Galaxy telefonlarının sürətini azaltdığı üçün milyonlarla dollar cərimələnə bilər
digər

Samsung Galaxy telefonlarının sürətini azaltdığı üçün milyonlarla dollar cərimələnə bilər

03-09-2026 20:00 17 Baxış
IMG

“Samsung” bəzi “Galaxy” smartfonlarının performansını məhdudlaşdırdığı iddiaları ilə Cənubi Koreyada böyük cərimə ilə üzləşə bilər.

 

Tvit.az xəbər verir ki, Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası “Galaxy S22” seriyasında istifadə olunan Oyun Optimallaşdırma Xidməti (GOS) proqram təminatı ilə bağlı araşdırmanı yekunlaşdırmağa yaxındır.

 

“SammyGuru”nun məlumatına görə, hazırlanan hesabatda şirkətin istehlakçılara yüksək performanslı cihazlar satarkən GOS-un prosessor gücünü əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını kifayət qədər açıqlamadığı qeyd olunur.

 

Komissiya bu halı “ciddi pozuntu” kimi qiymətləndirib. Araşdırmanın nəticələrinə əsasən “Samsung”un milyonlarla dollar məbləğində cərimə ilə üzləşməsi mümkündür.

 

Aysel Şirinova