Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Samsung Galaxy telefonlarının sürətini azaltdığı üçün milyonlarla dollar cərimələnə bilər
ДРУГОЕ

Samsung Galaxy telefonlarının sürətini azaltdığı üçün milyonlarla dollar cərimələnə bilər

03-09-2026 20:00 14 Просмотров
IMG

“Samsung” bəzi “Galaxy” smartfonlarının performansını məhdudlaşdırdığı iddiaları ilə Cənubi Koreyada böyük cərimə ilə üzləşə bilər.

 

Tvit.az xəbər verir ki, Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası “Galaxy S22” seriyasında istifadə olunan Oyun Optimallaşdırma Xidməti (GOS) proqram təminatı ilə bağlı araşdırmanı yekunlaşdırmağa yaxındır.

 

“SammyGuru”nun məlumatına görə, hazırlanan hesabatda şirkətin istehlakçılara yüksək performanslı cihazlar satarkən GOS-un prosessor gücünü əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını kifayət qədər açıqlamadığı qeyd olunur.

 

Komissiya bu halı “ciddi pozuntu” kimi qiymətləndirib. Araşdırmanın nəticələrinə əsasən “Samsung”un milyonlarla dollar məbləğində cərimə ilə üzləşməsi mümkündür.

 

Aysel Şirinova