Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiyaya xarici turist axını 11% azalıb
dünya

Rusiyaya xarici turist axını 11% azalıb

02-09-2026 20:00 15 Baxış
IMG

2026-cı ilin ilk 6 ayında xarici vətəndaşların Rusiyaya turist səfərlərinin sayı 3,3 milyon təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% azdır.

 

Tvit.az xəbər verir ki, Rosstatın məlumatına görə, səfərlərin 1,9 milyonu MDB ölkələrinin, 1,4 milyonu isə MDB-dən kənar ölkələrin vətəndaşlarının payına düşüb.

 

MDB-dən kənar ölkələr arasında bəzi dövlətlərdən Rusiyaya turist axını artıb. Çin üzrə artım 8,8%, Türkiyə üzrə 10,5%, Hindistan üzrə 10,7%, Vyetnam üzrə 3%, Cənubi Koreya üzrə isə 14,1% olub.

 

İlin ilk yarısında Rusiyaya turist səfərlərinin sayına görə Çin 516,2 min səfərlə ilk sırada yer alıb. Abxaziyadan isə 227 min turist səfəri qeydə alınıb.

 

Aysel Şirinova