2026-cı ilin ilk 6 ayında xarici vətəndaşların Rusiyaya turist səfərlərinin sayı 3,3 milyon təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% azdır.
Tvit.az xəbər verir ki, Rosstatın məlumatına görə, səfərlərin 1,9 milyonu MDB ölkələrinin, 1,4 milyonu isə MDB-dən kənar ölkələrin vətəndaşlarının payına düşüb.
MDB-dən kənar ölkələr arasında bəzi dövlətlərdən Rusiyaya turist axını artıb. Çin üzrə artım 8,8%, Türkiyə üzrə 10,5%, Hindistan üzrə 10,7%, Vyetnam üzrə 3%, Cənubi Koreya üzrə isə 14,1% olub.
İlin ilk yarısında Rusiyaya turist səfərlərinin sayına görə Çin 516,2 min səfərlə ilk sırada yer alıb. Abxaziyadan isə 227 min turist səfəri qeydə alınıb.
Aysel Şirinova