İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza şəhərində saxlanılan HƏMAS komandirinin təşkilatın daxili təhlükəsizlik aparatının rəhbəri olduğunu bildirib.
Tvit.az İsrail mediasına istinadən xəbər verir ki, Netanyahu qeyd edib ki, Mueyn əl-Ərəbid kimi tanınan şəxs İsrailin Şin Bet təhlükəsizlik xidməti və İsrail Müdafiə Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində tutulub.
Baş nazirin sözlərinə görə, saxlanılan şəxs HƏMAS-ın yüksək vəzifəli rəhbərlərindən biri olub. O, girovların gizlədilməsi və köçürülməsi, təşkilat rəhbərlərinin gizlədilməsi, qüvvələrin artırılması və HƏMAS-ın hərbi imkanlarının bərpası ilə bağlı fəaliyyətlərə rəhbərlik edib.
Netanyahu həmçinin onun Qəzzada HƏMAS-ın idarəçiliyini bərpa etmək cəhdlərində və İsrail qüvvələri ilə mülki şəxslərə qarşı hücumların təşkilində iştirak etdiyini iddia edib.
Baş nazir bildirib ki, İsrail 7 oktyabr hücumlarında iştirak edən şəxslər və HƏMAS-ın digər rəhbərlərinin təqibini davam etdirəcək.
Aysel Şirinova