Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Netanyahu: Ələ keçirilən HƏMAS komandiri qrupun daxili təhlükəsizlik rəhbəridir
dünya

Netanyahu: Ələ keçirilən HƏMAS komandiri qrupun daxili təhlükəsizlik rəhbəridir

01-09-2026 20:00 17 Views
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza şəhərində saxlanılan HƏMAS komandirinin təşkilatın daxili təhlükəsizlik aparatının rəhbəri olduğunu bildirib.

 

Tvit.az İsrail mediasına istinadən xəbər verir ki, Netanyahu qeyd edib ki, Mueyn əl-Ərəbid kimi tanınan şəxs İsrailin Şin Bet təhlükəsizlik xidməti və İsrail Müdafiə Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində tutulub.

 

Baş nazirin sözlərinə görə, saxlanılan şəxs HƏMAS-ın yüksək vəzifəli rəhbərlərindən biri olub. O, girovların gizlədilməsi və köçürülməsi, təşkilat rəhbərlərinin gizlədilməsi, qüvvələrin artırılması və HƏMAS-ın hərbi imkanlarının bərpası ilə bağlı fəaliyyətlərə rəhbərlik edib.

 

Netanyahu həmçinin onun Qəzzada HƏMAS-ın idarəçiliyini bərpa etmək cəhdlərində və İsrail qüvvələri ilə mülki şəxslərə qarşı hücumların təşkilində iştirak etdiyini iddia edib.

 

Baş nazir bildirib ki, İsrail 7 oktyabr hücumlarında iştirak edən şəxslər və HƏMAS-ın digər rəhbərlərinin təqibini davam etdirəcək.

 

Aysel Şirinova