Binəqədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Tvit.az-ın əldə etdiyi məlumata görə, araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs özünü əmlakçı kimi təqdim edərək zərərçəkənin etibarından sui-istifadə edib və onun 23 min manata yaxın məbləğdə pul vəsaitini ələ keçirib.
Faktla bağlı araşdırma davam etdirilir.