Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Tbilisidə su anbarında 15 yaşlı azərbaycanlının cəsədi tapıldı
hadisə

Tbilisidə su anbarında 15 yaşlı azərbaycanlının cəsədi tapıldı

28-08-2026 15:00 19 Baxış
IMG

Gürcüstanda Tbilisi su anbarında beş gün əvvəl itkin düşən 15 yaşlı yeniyetmənin cəsədi tapılıb.

 

Tvit.az Marneulinews.ge-yə istinadən xəbər verir ki, xilasedicilər beş gün ərzində Ümid Sofiyevin axtarışlarını davam etdiriblər.

 

Mövcud məlumata görə, yeniyetmə dostları ilə birlikdə Tbilisi su anbarına çimməyə gedib. Hadisə zamanı onun suda itkin düşdüyü bildirilir.

 

Axtarışlar nəticəsində yeniyetmənin cəsədi sudan çıxarılıb.