Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Yer kürəsini maqnit qasırğası bürüyəcək
sosial

Yer kürəsini maqnit qasırğası bürüyəcək

28-08-2026 12:00 20 Baxış
IMG

Növbəti sutka (24 saat) ərzində Yer kürəsində geomaqnit dalğalanması gözlənilir. Bu, G1 səviyyəsində maqnit qasırğasına çevrilə bilər.

 

Tvit.az-ın xəbərinə görə, bu barədə Kosmik Astronomiya Laboratoriyasından məlumat verilib.

 

Üçgünlük proqnoza əsasən, avqustun 29-da geomaqnit sahəsinin intensivliyi ilk saatlardan etibarən artacaq. 29 avqustda maqnit qasırğasının baş vermə ehtimalı 75 faizdir. Avqustun 30-da bu göstərici 22%-ə düşəcək.

 

Mütəxəssislər ona diqqət çəkirlər ki, hətta zəif G1 qasırğası belə enerji sistemlərində kiçik fasilələrə səbəb ola və meteohəssas insanların əhvalına təsir göstərə bilər.