Növbəti sutka (24 saat) ərzində Yer kürəsində geomaqnit dalğalanması gözlənilir. Bu, G1 səviyyəsində maqnit qasırğasına çevrilə bilər.
Tvit.az-ın xəbərinə görə, bu barədə Kosmik Astronomiya Laboratoriyasından məlumat verilib.
Üçgünlük proqnoza əsasən, avqustun 29-da geomaqnit sahəsinin intensivliyi ilk saatlardan etibarən artacaq. 29 avqustda maqnit qasırğasının baş vermə ehtimalı 75 faizdir. Avqustun 30-da bu göstərici 22%-ə düşəcək.
Mütəxəssislər ona diqqət çəkirlər ki, hətta zəif G1 qasırğası belə enerji sistemlərində kiçik fasilələrə səbəb ola və meteohəssas insanların əhvalına təsir göstərə bilər.