Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya WSJ: ABŞ müttəfiqləri Birləşmiş Ştatların onları qoruya biləcəyinə inanmırlar
dünya

WSJ: ABŞ müttəfiqləri Birləşmiş Ştatların onları qoruya biləcəyinə inanmırlar

21-08-2026 19:00 15 Baxış
IMG

Trampın prezident postuna qayıtmasından bəri ABŞ müttəfiqləri Vaşinqtonun niyyətlərindən narahatdırlar. 


Tvit.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.


Nəşr yazır ki, ABŞ-nin silah ehtiyatlarını tükəndirən və Amerikanın hərbi gücünün imkanlarının həddini üzə çıxaran İranla nəticəsiz müharibədən sonra onlar həm də Amerikanın imkanlarından narahatdırlar.


İranla müharibə raketdən müdafiə komplekslərinin həyati əhəmiyyətli ehtiyatlarını tükəndirdikcə, ABŞ müttəfiqləri Vaşinqtonun eyni vaxtda bir neçə cəbhədə münaqişə apara bilmək qabiliyyətini daha çox sorgulamağa başlayırlar.


Elmin Alışov