Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya: ABŞ ilə danışıqlar aparıb-apmamaq qərarını yalnız Tehran verir
dünya

Rusiya: ABŞ ilə danışıqlar aparıb-apmamaq qərarını yalnız Tehran verir

21-08-2026 19:00 14 Baxış
IMG

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Moskva İrana ABŞ ilə danışıqları bərpa etməsi və müharibəyə son qoymağa çalışması üçün heç bir təzyiq göstərmir.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


“Rusiya prinsip etibarilə heç kimə, istər İran olsun, istərsə də başqa bir ölkə təzyiq göstərmir. 
İran müstəqil dövlətdir. 
Qərarları özləri qəbul edirlər”, - deyə Nebenzya Nyu-Yorkda jurnalistlərə bildirib.


O vurğulayıb ki, Vaşinqtonla danışıqlar aparmaq qərarı müstəsna olaraq Tehranın öhdəsinə düşür.


Elmin Alışov