Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi
hadisə

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

20-08-2026 20:00 31 Baxış
IMG

Gürcüstanda Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyəsində baş vermiş qrup halında zorakılıq faktı ilə bağlı Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində hökm çıxarıb.

 

Tvit.az 24News.ge xəbər portalına istinadən xəbər verir ki, məhkəmə Kənan İsmayılovu yeddi ay müddətinə azadlıqdan məhrum edib.

 

Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi hökmün elan olunması ilə yekunlaşıb.