Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman İtaliya millisinin futbolçusu Kostantino Favasuli "Napoli"yə keçib
idman

İtaliya millisinin futbolçusu Kostantino Favasuli "Napoli"yə keçib

20-08-2026 19:00 29 Baxış
IMG

İtaliya millisinin futbolçusu Kostantino Favasuli karyerasını "Napoli"də davam etdirəcək.

 

Tvit.az xəbər verir ki, Neapol təmsilçisi 22 yaşlı yarımmüdafiəçini "Katanzaro" klubundan icarəyə götürdüyünü açıqlayıb.

 

Mövsümün sonunda oyunçunun birdəfəlik transfer hüququ da mövcuddur.

 

Xatırladaq ki, "Fiorentina"nın yetirməsi olan Kostantino Favasuli iyun ayında iki dəfə İtaliya yığmasının formasını geyinib. O, ötən mövsüm B Seriyasında 36 matçda 5 qolla yadda qalıb.