İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkəyə qarşı yeni iqtisadi sanksiyalar tətbiq etmək təhdidini “qanunsuz və qeyri-insani” adlandıraraq qətiyyətlə pisləyib.
Tvit.az xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın son açıqlamaları 1953-cü il avqustun 19-da İranda baş vermiş və Baş nazir Məhəmməd Müsəddiqin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnmiş çevrilişin ildönümünə təsadüf edir.
İran XİN ABŞ-ın siyasətini “İran xalqına qarşı uzunmüddətli düşmənçiliyin davamı” kimi qiymətləndirib.
Nazirlik həmçinin yeni sanksiya təhdidlərinin daha əvvəl sınaqdan keçirilmiş və uğursuz olmuş siyasətin davamı olduğunu bildirib. ABŞ Prezidenti Donald Tramp isə İranla ticarəti və ölkəyə maliyyə dəstəyini davam etdirən dövlətlərə qarşı ciddi iqtisadi tədbirlər görüləcəyini açıqlayıb.
Aysel Şirinova