Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə İsmayıllıda ağır qəza: 1 yaşlı körpə və qadın öldü
hadisə

İsmayıllıda ağır qəza: 1 yaşlı körpə və qadın öldü

20-08-2026 15:00 54 Baxış
IMG

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tvit.az "Report"a istinadla xəbər verir ki, qəza bu gün saat 12 radələrində rayon ərazisində qeydə alınıb. “Hyundai” və “Lynco” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai”da olan iki nəfər həyatını itirib.

Araşdırma zamanı ölən şəxslərin 60 yaşlı Elina Məmmədova və 1 yaşlı körpə olduğu müəyyənləşib.

Qəza nəticəsində Türkanə Sadıqova (29 yaş), İlahə İsmayılova (25 yaş), Məmməd Məmmədov (25 yaş), Faiq İsmayılov (25 yaş) və Zahid Nuriyev (25 yaş) müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.