Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü
hadisə

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

20-08-2026 15:00 63 Baxış
IMG

Şəmkirdə bədbəxt hadisə baş verib.

 

Tvit.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.

 

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

 

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.